10:31 05.01.2023 201

BCF-nin saytında Azərbaycanla bağlı məqalə yayımlanıb

Beynəlxalq Cüdo Federasiyasının (BCF) rəsmi saytında Azərbaycan Cüdo Federasiyasının (ACF) 2022-ci ildə gördüyü işlər haqqında məqalə dərc olunub.

ACF-dən Fanat.Az-a verilən məlumata görə, məqalədə ötən il Azərbaycanda cüdo idman növünün 50 illiyinin qeyd edildiyi bildirilib. 

Məhz buna görə 2022-ci il ACF üçün xüsusi önəm daşıyır və il boyu yubiley ab-havasında mühüm layihələr icra olunub. Məqalə müəllifi Nikolas Messnerin sözlərinə görə, Azərbaycanda cüdonun inkişafı indi bütün səviyyələrdə gedir və bu, şübhəsiz ki, davamlı nailiyyətin açarıdır.

Məqalədə 2022-ci il ərzində cüdonun ölkədə kütləvləşdirilməsi, məşqçilərin və hakimlərinin peşəkar səviyyəsinin artırılması, beynəlxalq seminarların təşkili, Bakıda və regionlarda cüdo idman zallarının maddi-texniki təminatının möhkəmləndirilməsi, yeni cüdo zallarının tikilməsi, onların ən müasir avadanlıqlar ilə təchiz edilməsi və digər istiqamətlərdə önəmli layihələr haqqında məlumat verilib.

Müəllifin sözlərinə görə, Azərbaycan Cüdo Federasiyasının əsas fəaliyyət istiqamətlərindən biri də ölkədə qızlar arasında cüdo idman növünün kütləvləşdirilməsi və beynəlxalq turnirlərdə qadın cüdoçuların təmsilçiliyini artırmaqdır. Bu il Azərbaycanda ilk dəfə olaraq yalnız qızlar üçün cüdo klubu fəaliyyətə başlayıb. Klubda altı yaşdan yuxarı qızlar məşq edir və artıq onlar ilk medallarını qazanmağa başlayıblar. Valideynlər tərəfindən böyük maraq və rəğbətlə qarşılanan bu təşəbbüs nəticəsində qısa bir zamanda klubda cüdo ilə məşğul olan qızların sayı iki dəfə artıb.
Həmçinin, məqalədə cari ilin ilk aylarından ACF tərəfindən regionlarda cüdo idman növü üzrə maddi-texniki bazanın yaxşılaşdırılması üçün kompleks tədbirlər haqqında məlumat verilib.

ACF həm milli, həm də beynəlxalq səviyyədə hakimlərin peşəkarlıq səviyyəsinin artırılması, o cümlədən “A” və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimlərin sayının artırılması istiqamətində sistemli və ardıcıl fəaliyyətlər görməkdədir.

Məqalənin müəllifi bildirib ki, ACF uğurlu gələcək üçün qarşısına aydın məqsədlər qoyub və bu istiqamətdə təhsilin əhəmiyyəti və vacibliyini anlayır.
ACF BCF-in Akademiyası ilə ilk dəfə Azərbaycanın cüdo məşqçiləri üçün təhsil və sertifikatlaşdırma proqramı təşkil edib. 78 məşqçinin təhsil aldığı proqram çərçivəsində nəzəri hissə ilə yanaşı, 3 əyani seminar da təşkil edilib.
Azərbaycan Cüdo Federasiyası ölkədə idman jurnalistikasının inkişafına da töhfə vermək niyyətindədir və bu məqsədlə bu il bir sıra tədbirlər keçirib. Belə ki, ACF cüdo ilə bağlı yazan jurnalistlərin sayını artırmaq məqsədilə müsabiqə elan edib. Həmçinin, bu il idman jurnalistlər üçün BCF-in media və kommunikasiya direktoru Nikolas Messner tərəfindən seminar təşkil olunub. BCF-in fotoqrafları Qabriela Sabau və Tamuna Kulumbeqaşvili tərəfindən idman fotoqrafları üçün təlim keçirilib.

Məqalənin sonunda qeyd edilib ki, 2023-cü ildə ACF ölkədə və regionda cüdonun inkişafı istiqamətində fəaliyyətinin davam etdirəcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X