Portuqaliyanın Almada şəhərində keçirilən Qran- Prinin ikinci günündə Azərbaycanın altı cüdoçusu çıxış edəcək.
Fanat.Az xəbər verir ki, Vüsal Qələndərzadə (73 kq) ilk mərhələdə Samuel Qassner (Avstriya), eyni çəkidəki Nurlan Osmanov Narkiso Matoş (Mozambik) ilə üz-üzə gələcək.
81 kq çəki dərəcəsində yer alan Rüstəm Orucov Kell Berlinerlə (ABŞ) döyüşəcək. Eyni çəkidəki Elcan Hacıyev isə Hikmətulla Turayev (Özbəkistan) / Semedo Klaudiano (Kabo-Verde) cütünün qalibi ilə tatami üzərinə çıxacaq.
Qadınların mübarizəsində Aytac Qardaşxanlı (63 kq) Ani Obradoviçlə (Serbiya) münasibətləri aydınlaşdıracaq.
Nəhayət, Südabə Ağayeva (70 kq) Maya Koqan (İsrail) - Helen Froner (Braziliya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, turnirin ilk günündə mübarizə aparan 8 cüdoçumuzdan heç biri medal qazana bilməyib. Qran-Pri yanvarın 29-dək davam edəcək.