00:02 02.12.2024 208

Cüdo üzrə Azərbaycan çempionatında komanda yarışları keçirildi

Bu gün cüdo üzrə Azərbaycan çempionatının komanda yarışları keçirilib.

Fanat.Az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışda qadınlar arasında 7, kişilər arasında isə 9 komanda kubok uğrunda mübarizə aparıb.

Qadınların yarışında -52 kq., -57 kq., -63 kq., -70 kq. və +70 kq. çəkilərdə, kişilərin yarışında -66 kq., -73 kq., -81 kq., -90 kq. və +90 kq. çəki dərəcələrində ümumilikdə 104 cüdoçu gücünü sınayıb.

Yarışda komandalar uyğun olaraq qadınlar və kişilər arasında 2 fərqli qrupa bölünüb. Hər qrup daxilində komandalar bir-biri ilə qarşılaşıb. Qrup mərhələsində əldə edilən nəticələrə əsasən, müəyyən yerləri tutan komandalar yarımfinal və təsəlli mərhələdə mübarizəni davam etdirib.

Qadınlar arasında bürünc medal uğrunda görüşlərdə Umbayev Sport Klub 3:0 hesabı ilə Neftçi İdman Klubuna (2), Cüdo Klub 2012 3:1 hesabı ilə Azəri-Cüdo İdman Klubuna qalib gəlib. Final görüşü Neftçi İdman Klubu (1) ilə Şuşa UGİM arasında keçirilib. Neftçi İdman Klubu (1) 3:1 hesabı ilə qalib gələrək qadınlar arasında komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.

Kişilər arasında bürünc medal uğrunda görüşlərdə Neftçi İdman Klubunun 1-ci komandası 3:0 hesabı ilə klubunun 2-ci komandasına, Kanokan TT İdman Klubu 3:1 hesabı ilə Sərhədçi İdman Mərkəzinə qalib gəlib. Final görüşü Cüdo Klub 2012 ilə Atilla İdman Klubu arasında keçirilib. Cüdo Klub 2012 3:2 hesabı ilə qalib gələrək kişilər arasında komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.

Qalib komandalara mükafatları gənclər və idman naziri Fərid Qayıbov, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, “Cüdo Klub 2012” İctimai Birliyinin sədri və klubun təsisçisi Azər Əsgərov, vitse-prezident Elnur Məmmədli və ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu təqdim ediblər.

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 Yanvar 2025
02:40

İtaliya A Seriyası: "Milan"dan əzmkar qələbə, "Yuventus"dan heç-heçə

02:18

İspaniya Kuboku: "Valensiya" 1/4 finalda

02:08

İPL: Nə "Liverpul" qələbə qazana bildi, nə "Çelsi", nə də "Mançester Siti"

01:33

Almaniya Bundesliqası: "Borussiya"ların biri 4, o biri 5 qolla yıxıldı

01:04

Niderland millisinin üzvü "Aston Villa"da - RƏSMİ

00:17

Ukraynalı məşqçi dünyasını dəyişdi

14 Yanvar 2025
23:50

London nəhəngi bahalı transfer reallaşdırılır - Bu bənd də razılaşdırılsa...

23:20

Super Liqanın bombardiri iş yerini dəyişə bilər

23:08

"Liverpul" Trentin yerinə yeni ulduz gətirir

22:54

"Sumqayıt"ın son sınaq matçında 5 qol vuruldu

22:39

Klublarımızın qış planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:11

"Naxçıvan" "Abşeron"u üstələdi

21:44

Karius özünə yeni komanda tapdı - RƏSMİ

21:15

"Arsenal" Jezussuz qaldı

20:41

Qvardiola "Mançester Siti"nin uğursuzluğuna səbəb olan səhvini etiraf etdi

20:12

AFFA-nın əməkdaşı İsveçrədəki seminara qatıldı

19:37

"Neftçi" ilk transferini reallaşdırdı - RƏSMİ

19:13

Azərbaycan millisinin iki oyunçusu Avropanın rəmzi yığmasında

18:48

Bundesliqa klubu "Milan"ın oyunçusunun transferindən son anda imtina etdi - SƏBƏB

18:10

"Mingəçevir" sabah tərəfdaşlıq müqaviləsi imzalayacaq

17:33

Azərbaycan millisi təlim-məşq toplanışına start verdi

17:14

"Spartak" braziliyalı hücumçusu ilə vidalaşdı

16:53

Zinçenko Almaniya nəhəngində? - SON DURUM

16:35

"Hatayspor"un yeni çalışdırıcısı bəlli oldu - RƏSMİ

16:17

"Sabah"dan növbəti transfer - RƏSMİ

15:58

"Barselona" futbolçusunun uzun müddətə sıradan çıxdığını bəyan etdi

15:40

“Neftçi” – “Sabah” matçının biletləri satışda!

15:21

Azərbaycan millisinin baş məşqçisi açıqlandı

15:03

İspaniya nəhəngi 18 yaşlı müdafiəçini istəyir - Transfer məbləği də bəllidir

14:45

"Barselona"ya məğlubiyyət bu futbolçunun "başında çatladı" - Peres özündən çıxdı

14:26

Emre Belözoğlu bu komandanın baş məşqçisi olacaq

14:07

Disasi "Çelsi"dən gedir

13:49

Uzun fasilədən sonra "Everton"a qayıdan Moyes planlarını açıqladı

13:30

"O, məni çox təəccübləndirdi"

13:12

Juninyonu Braziliyada klub rəsmiləri və azarkeşlər qarşıladılar

12:54

Kosovo ilə oyunun təyinatları açıqlandı

12:36

Endryu Louder "Sumqayıt"da - RƏSMİ

12:19

Gənc braziliyalı İngiltərə nəhənginə keçir - Razılıq əldə edildi

12:01

Braziliyalı futbolçu Rusiyaya qayıtmadı - Bu kluba keçmək istəyir

11:26

Uoker İtaliya yolunda - Dostları ilə vida mərasimi keçirdi

Facebookdan bizi izləməyi unutmayın.
X