Azərbaycan cüdoçusu Aysun Məmmədova Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, 52 kq çəki dərəcəsində tatamiyə çıxan idmançı müvafiq olaraq 1/16 finalda İsveçrə, 1/8 finalda Bosniya-Herseqovina, 1/4 finalda Kanada, yarımfinalda İsveçdən olan rəqiblərini üstələyərək adını finala yazdırıb.
Həlledici görüşdə Moldova cüdoçusu Aleksendra Çironu məğlub edən Aysun millimizin aktivinə ilk medalı yazdırıb.
Qeyd edək ki, Azərbaycan yarışda 5 çəki dərəcəsində 14 qız idmançı ilə təmsil olunur. Avropa Kubokunda 37 ölkədən 813 idmançı iştirak edir.