Bu gün Monteneqronun paytaxtı Podqoritsada böyüklər arasında cüdo üzrə Avropa çempionatı start götürür.
Fanat.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin beş üzvü medallar uğrunda mübarizə aparacaq.
Kişilər arasında -60 kq çəki dərəcəsində Əhməd Yusifov və Turan Bayramov, -66 kq çəkidə isə Ruslan Paşayev tatamiyə çıxacaq.
Qadınların yarışında Könül Əliyeva (-48 kq) və Gültac Məmmədəliyeva (-52 kq) güclərini sınayacaq.
Mötəbər turnirin görüşləri Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.