16:44 27.04.2025 199

Trautman Azərbaycan yığmasının AÇ-dəki çıxışını dəyərləndirdi

Cüdo üzrə Azərbaycanın millisinin baş məşqçisi Rixard Trautman Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytına müsahibə verib.

Fanat.Az xəbər verir ki, seçmənin çalışdırıcısı Monteneqronun paytaxtı Podqoritsada baş tutan Avropa çempionatında çıxışını 5 medalla yekunlaşdıran yığmanın performansını dəyərləndirib:

"Həmişə olduğu kimi, komandada bütün idmançılar eyni vaxtda öz potensialını göstərə bilmir. İlk yarış günündə bir qədər məyus oldum. Amma Əhməd Yusifov bu səviyyədə ilk medalını – bürünc qazandı ki, bu da müsbət irəliləyişdir. Təəssüf ki, qızıl medal potensialı olan daha iki idmançımız, xüsusən də 66 kq çəkidə Ruslan Paşayev səhvlərə yol verdi. Halbuki, o, əvvəllər həmin çəkidəki rəqiblərini məğlub etmişdi. Amma cüdo belə bir idmandır ki, nəticələri əvvəlcədən proqnozlaşdırmaq olmur. İkinci yarış günü isə məni sevindirdi.

Əslində, Olimpiya və dünya çempionumuz Hidayət Heydərov tatamiyə çıxmalı idi, lakin son anda xəstələnərək yarışdan çəkildi. Onun dünya çempionatında iştirak etməsini istəyirik. İlk növbədə tam sağalmalı, sonra isə məsuliyyətli şəkildə hazırlığa başlamalıdır. Hazırkı Avropa çempionatına isə Rəşid Məmmədəliyevi gətirdik və o, bürünc medal qazandı. Çox möhtəşəm çıxış idi, xüsusən də zədədən yenicə qayıtdığı üçün. Üçüncü yarış günündə isə Murad Fətiyevin italiyalı Kristian Parlati ilə yarımfinal döyüşündə verilən qərardan razı qalmadım. Eyni hal 81 kq çəki dərəcəsində Zelim Tçkayev və Tato Qriqalaşvili arasındakı görüşdə də baş verdi. Qərarlarla razı olmasam da, qəbul etməliyik".

O, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiada üçün yeni nəsil formalaşdırdıqlarını bildirib:

"Heç bir əsas idmançımız karyerasını bitirməyib. Lakin irəliyə baxmaq vacibdir, çünki onların hamısı artıq çox da gənc deyil və Los-Ancelesə hələ üç il yarımdan çox vaxt var. Yeni nəsil formalaşdırırıq. Məni xüsusilə sevindirən hal budur ki, bu dəfə fəxri kürsüdə əvvəllər olmayan gənc idmançılar yer aldı. Olimpiya dövründə idmançılar zədələnir, əməliyyat oluna bilmir, hərbi xidmət məsələləri olur. Bu kimi problemlərdən sonra komandada yenidənqurma apardıq. Fevraldan etibarən tam qüvvəmizlə hazırlıqlara başladıq. Hazırda 100 faiz formada deyilik və bu da normaldır. Əsas hədəfimiz ən mötəbər yarışlar – dünya çempionatı, Olimpiya Oyunları zamanı tam gücümüzdə olmaqdır. Builki dünya çempionatından yaxşı nəticələr gözləyirik. Amma əsas böyük hədəf gələn il Bakıda keçiriləcək dünya çempionatıdır. Orada parlaq çıxış etmək bizim üçün çox vacibdir. Və əlbəttə ki, əsas uzunmüddətli hədəfimiz 2028-ci il Los Anceles Olimpiya Oyunlarıdır. Unutmayaq ki, dünya çempionu olmaq böyük uğurdur, amma cəmiyyətin diqqətini daha çox Olimpiya medalları çəkir".

Baş məşqçi qadın cüdosunda ciddi dəyişikliklər etməyi planlaşdırdıqlarını açıqlayıb:

"Qadın cüdosunda vəziyyət hələ radikal dəyişməyib, lakin artıq bu istiqamətdə ciddi hədəflər qoymuşuq. Sadəcə vəziyyəti olduğu kimi qəbul etmək niyyətində deyilik. Fransadan Amina Abdellatif və Almaniyadan Saşa Herkenrat kimi iki yüksək səviyyəli məşqçini qadın komandamız üçün gətirmişik. Əsas məqsəd yığmada atmosferi dəyişməkdir. Qadın idmançının qələbə üçün özünəinamını inkişaf etdirməsi çox vacibdir. Potensial baxımından qadın cüdosu hələ məhduddur, çünki yüksək səviyyədə ciddi məşq edəcək və “Olimpiya çempionu olacağam” deyə bilən qadınların sayı azdır.

Federasiya rəhbərliyimiz qadın cüdosuna ciddi sərmayə yatırmaqda qərarlıdır. Lakin bu, sadəcə məşq prosesi ilə həll olunmur. Cəmiyyətdə qadınların peşəkar idmanla məşğul olması daha çox dəstəklənməlidir. Bu isə yalnız böyük uğurlarla mümkündür. Rol model yaratmaq çox vacibdir. Məsələn, Özbəkistandan Diyora Keldiyorova əslində çox yaxşı nümunədir. İlk olaraq qızlarımızın daha çox beynəlxalq təcrübəsini istəyirik. Yeni məşqçilər ilk mərhələdə idmançıları və onların xüsusiyyətlərini tanıdılar. İndi isə fərdi inkişaf planlarını hazırlayırıq. Əgər bir-iki qadın idmançımız elit səviyyəyə yüksəlsə, domino effekti yarana bilər. Kişilərdə bunu artıq müşahidə edirik. Əldə olunmuş uğurlar sayəsində indi daha çox oğlan cüdo ilə məşğul olmaq istəyir".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 İyun 2025
10:16

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:03

Berezutski sabiq klubunu çalışdırmağa yaxındır

09:45

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:23

Avropa Liqasının qalibi yeni baş məşqçiyə tapşırıldı

09:00

İtaliya klubu "Liverpul"un hücumçusunu istəyir

01:19

UEFA İrlandiya klubunu Konfrans Liqasından uzaqlaşdırdı

00:16

Niderland millsinin sabiq üzvü həbs edildi

12 İyun 2025
23:33

Emil Balayevin "Neftçi"dəki aqibəti necə olacaq?

23:17

Avdullahu Almaniya klubunda - RƏSMİ

22:56

Spalletti Ronaldunun baş məşqçisi olmağa yaxındır

22:20

Millimiz FİFA reytinqində irəlilədi

21:51

Bundesliqa klubu yeni baş məşqçisinin adını açıqladı

21:17

Ansu Fatinin Fransa klubuna keçidi reallaşmaq üzrədir - SON DURUM

20:49

MY braziliyalı hücumçu ilə 5+1 illik müqavilə bağladı - RƏSMİ

20:18

"Milan"ın nümayəndəsi iki futbolçu üçün Londona yollandı

19:49

"Qarabağ"ın ilk rəqibi müəyyənləşdi

19:18

"Şamaxı" daha bir legionerin "hə"sini aldı

18:16

"Sabah" legioneri ilə vidalaşdı

17:46

Azərbaycan cüdoçularının DÇ-dəki rəqibləri müəyyənləşdi

17:25

Mançini milliyə can atır: "Getmək mənim günahımdır"

17:06

"Bu, reallığa çevrilmiş arzudur" - Trent Aleksander-Arnold

16:48

Leroy Sane "Qalatasaray"da - RƏSMİ

16:29

Avropa nəhəngi Niko Uilyamsla danışıqlara başladı - Vingerin tələbi açıqlandı

16:11

Ceydon Sançonu istəyən elita klublarının adları bəlli oldu

15:52

"Şamaxı" Premyer Liqanın debütantı ilə qarşılaşacaq

15:34

Modriçin İtaliya nəhənginə nə vaxt qoşulacağı bilindi

15:16

Levandovski ilə insident yaşayan Probej millidən getdi - RƏSMİ

14:58

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

14:40

"İndi klublararası dünya çempionatının qalibi olmağın əsl vaxtıdır" - Luis Enrike

14:22

Azərbaycanda keçiriləcək MDB oyunları üçün 246 medal dəsti ayrıldı

14:04

Patrik Andrade "Zirə"də?

13:45

"Kəpəz"in hazırlıq planı dəqiqləşdi - AÇIQLAMA

13:26

Kevin De Bröyne İtaliyaya yollandı - Maaşı və müqavilə şərtləri açıqlandı

13:08

"Sumqayıt" daha iki futbolçusu ilə vidalaşdı

12:50

"Zirə"də 2 yeni müqavilə - RƏSMİ

12:22

"Real" braziliyalı ulduzunu İngiltərə nəhənginə satır - MƏBLƏĞ

12:04

"Bayer" PSJ-nin oyunçusunu transfer etdi

11:37

"Hər komandaya onun kimi biri lazımdır" - Erlinq Holand

11:19

"Araz-Naxçıvan" ilk transferini reallaşdırdı

11:02

Azərbaycanlı hakim dünya çempionatına təyinat aldı - Cüdo tariximizdə ilk

Facebookdan bizi izləməyi unutmayın.
X