Sloveniyanın Maribor şəhərində gənclər arasında keçirilən “Apolon Open” beynəlxalq turniri başa çatıb.
Fanat.Az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Azərbaycanın “Atilla” klubunun cüdoçuları uğurla çıxış ediblər.
Mehdi Məmmədli (50 kq) gümüş, Akif Dadaşov (73 kq) isə bürünc medal qazanıb.
Yarışda ümumilikdə 118 klubu təmsil edən 21 ölkədən 1022 idmançı iştirak edib.