Azərbaycan cüdoçusu Fərhad Rəcəbli Latviyanın paytaxtı Riqada keçirilən veteranlar arasında Avropa çempionatında qızıl medal qazanıb.
Fanat.Az xəbər veirr ki, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı 11-ci dəfə Avropa çempionu tituluna yiyələnib.
M-8 yaş kateqoriyasında mübarizə aparan Rəcəbli finalda ukraynalı Oleksandr Ranqayevi ipponla məğlub edib. Təmsilçimiz həmçinin 12 qat dünya çempionudur.
Qeyd edək ki, Azərbaycan yarışda 30 idmançı ilə təmsil olunur. Qitə birinciliyində 37 ölkədən 855 cüdoçu mübarizə aparır.