Azərbaycan cüdoçularının dünya çempionatındakı rəqibləri bəlli olub.
Fanat.Az xəbər verir ki, idmançılarımızın rəqibləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən püşkatma mərasimindən sonra müəyyənləşib.
Qeyd edək ki, mötəbər turnirdə Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
Yarış sabah Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.
Kişilər
60 kq
1/16 final
Əhməd Yusifov – Ryuju Naqayama (Yaponiya)
66 kq
1/32 final
Ruslan Paşayev – Ronald Lima (Braziliya)
73 kq
1/16 final
Hidayət Heydərov – Otari Kvantidze (Portuqaliya)
Rəşid Məmmədəliyev – Kazbek Naquçev (BƏƏ) / Covanni Esposito (İtaliya) cütünün qalibi ilə
81 kq
1/16 final
Zelim Tçkayev – Pavel Jimal (Polşa) / Tsyanqnan Van (Çin) cütünün qalibi ilə
90 kq
1/32 final
Vüqar Talıbov – Luka Maysuradze (Gürcüstan)
1/16 final
Elcan Hacıyev – Nurbek Murtozoyev (Özbəkistan) / Remi Föyye (Mavriki) cütünün qalibi ilə
100 kq
1/16 final
Zelim Kotsoyev – Cared Koss (ABŞ) / Cennaro Pirelli (İtaliya) cütünün qalibi ilə
+100 kq
1/32 final
Uşanqi Kokauri – İqor Vraçar (Serbiya)
Qadınlar
48 kq
1/32 final
Leyla Əliyeva – Kurbanay Kurbanova (Türkmənistan)
Könül Əliyeva – Mariya Seliya Laborde (ABŞ)
52 kq
1/32 final
Gültac Məmmədəliyeva – Sofiya Asvesta (Kipr)
57 kq
1/16 final
Fidan Əlizadə – Maritsa Perişiç (Serbiya)
Qarışıq komanda yarışı
1/8 final
Azərbaycan - Almaniya