Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha bir cüdoçusu mübarizəyə qoşulacaq.
Fanat.Az xəbər verir ki, 81 kq çəki dərəcəsində Zelim Tçkayev tatami üzərinə çıxacaq.
Onun ilk görüşü 1/16 final mərhələsinə təsadüf edəcək. Cüdoçumuzun rəqibi Pavel Drjimal (Polşa) - Jianqnan Vanq (Çin) cütünün qalibi olacaq.
Qeyd edə ki, indiyədək fərdi mübarizədə Azərbaycanın 4 kişi cüdoçudan isə yalnız Rəşid Məmmədəliyev (73 kq) 1/4 final mərhələsinədək irəliləyərək, 7-ci yerlə kifayətlənib. Eyni sayda qadın cüdoçusunun isə hamısı mübarizəni erkən dayandırıb.