Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının yarımfinalında məğlub olub.
Fanat.Az xəbər verir ki, 1/16 finalda çinli Tsyanqnan Vanı məğlub edən Tçkayev 1/8 finalda braziliyalı Luan Almeydadan üstün olub.
Azərbaycan cüdoçusu 1/4 finalda yaponiyalı Yoonvan Lini məğlub etsə də, yarımfinalda gürcüstanlı Tato Qriqalaşviliyə uduzub. Beləliklə Tçkayev bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, mundialda Azərbaycan 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq. Cüdoçularımız turnirdə hələ ki, medal qazana bilməyiblər.