
Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin ilk günündə medal qazana bilməyiblər.
Fanat.Az xəbər verir ki, milli üzvlərindən Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), həmçinin Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) fəxri kürsüdən kənarda qalıblar.
Ən yaxşı nəticəyə bürünc medal uğrunda görüşdə Salih Yıldıza (Türkiyə) uduzaraq 5-ci olan Yusifov imza atıb.
Qeyd edək ki, turnirə noyabrın 30-da yekun vurulacaq.