
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışa bu gün yekun vurulacaq.
Turnirin son günündə Azərbaycanın 5 cüdoçusuu tatamiyə çıxacaq.
+100 kq çəki dərəcəsində Camal Qamzatxanov ilk görüşündə serbiyalı İqor Vraçarla, Kənan Nəsibov isə rusiyalı Artyom Zolotuxinlə qarşılaşacaq.
90 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov ilə 100 kq-da çıxış edən Əjdər Bağırov isə mübarizəyə ikinci mərhələdən başlayacaqlar.
Qadınların yarışında +78 kq çəki dərəcəsində çıxış edən Mədinə Qaysınova ilk görüşünü Belçika təmsilçisi Qabriel Buyve ilə keçirəcək.
Qeyd edək ki, hazırda Azərbaycan millisinin hesabında 2 medal var. Əvvəlki iki gündə Rəşid Məmmədəliyev (73 kq) qızıl, Vüsal Qalandarzadə (81 kq) isə medal qazanıb.