15:30 13.11.2020 1014

Hidayət Heydərov koronavirusa harada yoluxub? - Federasiyadan açıqlama

"Oktyabrın sonlarında Macarıstanda cüdo üzrə Böyük Dəbilqə yarışı oldu. Həmin yarışda millinin digər üzvləri kimi Hidayət Heydərov da iştirak etdi. Həmin ölkəyə yollanmamışdan əvvəl Heydərovun verdiyi testin nəticəsi mənfi oldu. Bu səbəbdən o, paytaxt Budapeştə yollandı".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu Hidayət Heydərovun koronavirusa yoluxmasına münasibət bildirərkən deyib.

Federasiya rəsmisi bildirib ki, cüdo yarışlarında koronavirus pandemiyası ilə bağlı məsələlər tam ciddidir: "İdmançılar ölkəyə daxil olanda da testdən keçirlər. Nəticə məlum olmamış heç kim oteldən buraxılmır. Məlum olduqdan sonra da yalnız yarış yerinə, oradan isə otelə qayıdırlar. Nəinki idmançılar, nümayəndələr də şəhərə buraxılmır. Həmin vaxtda da cüdoçunun testi mənfi oldu və Hidayət yarışa qatıldı. Ölkəyə qayıdan zaman verdiyi testindən isə koronavirus çıxmadı. Yəni ölkədən gedəndə, qayıdanda və yarış vaxtı bütün testin nəticələri mənfi idi".

Əşrəfoğlu millinin yarışdan sonra 4 günlük istirahətə buraxıldığı müddətdə Heydərovun virusa yoluxduğunu söyləyib: "Nə baş veribsə, həmin 4 gündə olub. Biz Bakıda cüdoçulardan federasiyanın təşəbbüsü ilə əlavə testlər götürdük. Bu isə Avropa çempionatına hazırlıqla bağlı idi, komandanı bir yerə toplayırdıq. Həmin vaxt artıq testin nəticəsi müsbət idi. İdmançı dərhal təcrid edildi. Hazırda öz evində müalicə alır və məşqlərdən kənarlaşdırılıb. Avropa çempionatı üçün açıqlanan heyətə salınmayıb".

Fedasiyası rəsmisi deyib ki, nəinki idmançılar, hamı koronavirusdan özlərini qorumalıdır: "Məsuliyyət insanın özündə olmalıdır. Özünü qoruyacaqsansa və deyilənlərə əməl edəcəksənsə, koronavirusdan uzaqlaşacaqsan. Hidayət 73 kq çəki dərəcəsində milli komanda üçün uğurlar qazanıb və hazırda çəkisini dəyişərək 81 kq-da çıxış edir. Həmin çəkidə Murad Fətiyev reytinqə görə Heydərovdan irəlidə olduğu üçün Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında Azərbaycanı təmsil edəcək. Hidayətə Allahdan şəfa diləyirik. Bu gün yenidən test verəcək. İnanırıq ki, testin nəticəsi mənfi olacaq. Amma bütün qaydalara riayət ediləcək və deyildiyi qədər komandadan uzaq tutulacaq, məşqə və heyətə buraxılmayacaq".

Qeyd edək ki, Hidayət Heydərovdan noyabrın 2-də götürülmüş testin nəticəsi müsbət olub.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

10:20

Klublararası dünya çempionatında son 1/4 finalçılar müəyyənləşir

10:01

"Beş-altı qol vura bilərdik" - Bernardu Silva "Əl-Hilal"a məğlubiyyətin səbəblərini dedi

Facebookdan bizi izləməyi unutmayın.
X