Qətərin paytaxtı Doha şəhərində keçirilən cüdo üzrə nüfuzlu "World Masters" turniri başa çatıb.
Fanat.Az xəbər verir ki, yarışda dünyanın ən güclü cüdoçuları ilə yanaşı Azərbaycan idmançıları da mübarizə aparıb.
Milli komandamız beynəlxalq yarışda iki medal qazana bilib. Zelim Kotsoyev (-100 kq) və İrina Kindzerska (+78 kq) finalda uduzaraq "World gümüş medal alıb.
Xatırladaq ki, Dohada mübarizə aparan cüdoçularımızdan Nicat Şıxəlizadə, Orxan Səfərov, Elmar Qasımov, Aişə Qurbanlı və Leyla Əliyeva yarışı medalsız başa vurub.
Qeyd edək ki, dünya cüdo turu seriyasından olan "World Masters” nüfuzlu beynəlxalq yarışında 69 ölkədən 215 kişi və 184 qadın olmaqla, ümumilikdə 399 cüdoçu mübarizə aparıb.
Fanat.Az