Azərbaycan cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 66 kq-da yarışan idmançı finala gedən yolda yaponiyalı Yoşiro Maruyama ilə qarşılaşıb.
Qızıl xal bölümündə rəqibinə uduzan Səfərov həlledici görüşə vəsiqə qazana bilməyib. O, bürünc medal uğrunda rusiyalı Yaqub Şamilovla qüvvəsini sınayacaq.
Fanat.Az