Portuqaliyanın Koimbra şəhərində gənc cüdoçular arasında Avropa Kuboku start götürüb.
Fanat.Az xəbər verir ki, beynəlxalq turnirin ilk günündə Azərbaycan cüdoçuları 2 medal qazanıb.
60 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov bütün görüşləri qalib başa vuraraq qızıl medala sahib olub.
Daha bir təmsilçimiz Nəriman Mirzəyev (66 kq) bürünc medal qazanıb.
Beləliklə, gənclərdən ibarət millimiz Koimbra turnirinin ilk günündə hesabına 1 qızıl və 1 bürünc medal yazdırıb.
Qeyd edək ki, Avropa Kubokuna 24 ölkədən 306 cüdoçu qatılıb.