16:26 03.08.2021 5589

Havaya sovrulan milyonlar: Sadıq Sadıqov istefa verəcəkmi?

Tokio 2020-yə rekord heyətlə qatılan Azərbaycan cüdo seçməsinin Olimpiya Oyunlarından qazancı bir medal oldu. "Bürünc"ün milliləşdirilmiş idmançı sayəsində aktivə yazıldığını nəzərə alsaq, işin kiçik təsəlli tərəfi də ciddi sual altına düşür.
Halbuki vəziyyət bundan xeyli fərqli ola bilərdi.
Olimpiadada digər növlər üzrə "dişsizliy"ə müvafiq federasiyalarda maliyyə dayaqlarının zəifləməsi əsas kimi göstərilirsə, Cüdo Federasiyasının bu baxımdan heç bir problem yaşamadığı bəllidir.

Gözlənilən fiasko...

Lakin, göründüyü kimi, idmanda hər şeyi pul həll etmir.

Öncə lisenziya sayının əvvəlki illərdən artıqlığının əsasən real gücə yox, reytinq xalı qazandıran turnirlərdə fasiləsiz iştiraka söykəndiyini söyləməliyik. 

Əksəriyyəti dünya reytinqinin ilk "beşliy"ində yer alan, bunun məntiqi nəticəsi kimi Olimpiadanı 1 "qızıl", 3 "gümüş"lə başa vuran qonşu Gürcüstan və digər iddialı ölkələrin cüdo yığmalarından fərqli olaraq, Azərbaycan millisi bütün yarışlara demək olar eyni tərkiblə qatılıb. Tokiodakı heyətin iki üzvü yalnız son anda təyyarəyə bilet sifariş edə bilmişdi.

Heyət üzvlərinin çoxunun yaşı 30 civarındadır. Hidayət Heydərovu, qismən də Kəramət Hüseynovu istisna etsək, Rio Olimpiadasından sonrakı dövr ərzində adından söz etdirən yeni yerli sima nəzərə çarpmadı.

Bir sözlə, ötən beş il ərzində əksər çəki dərəcələri üzrə yığmada rəqabətsizlik hökm sürüb. Olimpiadaya yollanan heyətdən yalnız iki nəfər reytinqin ilk "səkkizliy"ində qərarlaşmışdı.

Fiaskonun əsası isə çoxdan, daha dəqiqi, 2018-ci ilin əvvəlindən qoyulmuşdu.

Məlum səbəblərdən dolayı Piter Zayzenbaher istefaya getdikdən bir müddət sonra yığmanın başına Ruslan Maşurenko gətirildi. O vaxt 47 yaşında olan ukraynalı haqqında "çalışdırıcı" ifadəsi işlətmək belə, əsl sadəlövhlük nümunəsi idi. Hansısa yığma fəaliyyəti bir yana qalsın, Sidney 2000-nin bürünc mükafatçısının bioqrafiyasını araşdırdıqda hardasa məşqçi işlədiyi ilə bağlı bircə qeyd tapmaq olmur.

Azərbaycan kimi iddiası yüksək millinin sükanı arxasına əyləşən diletant barədə federasiyanın "Bəzi məsələlər var ki, bizdən asılı deyil" açıqlaması Olimpiya Oyunlarına doğru işlərin  hansı səviyyədə  yürüdüyündən xəbər verirdi.

Həmçinin geridə qalan dövrdə cüdoçular arasında zaman-zaman gündəmə gələn intizamsızlıq halları yığmadaxili mühitin carçısı kimi çıxış edib.

Nəticə isə göz önündədir... 

Kişilərdən ibarət komanda ən yaxşı halda beşinci pilləyədək gələ bildi. Digər 6 cüdoçunun Tokio 2020 macərası iki mərhələdən o tərəfə keçmədi.

Federasiya rəhbərliyinin çıxıb üzr istəmək əvəzinə, bütün məsuliyyəti iradəsi xaricində olan(!) təcrübəsiz məşqçinin, xərcləyib bitirdiyi idmançı heyətinin üzərinə yükləyib, islahat görüntüsü yaratması sadəcə özünü yarıtmaz idarəçilikdən ucuz sığorta cəhdidir. 

Maliyyə, yoxsa konfet kağızı...

Yaponiya cüdoçularının  Olimpiada  hazırlığı üçün 5 ilə xərclədiyi vəsait, bizim cüdoçuların hər ilinə konfet kağızı kimi dağıdılıb. Dünyada cüdoya Azərbaycan qədər maliyyə ayıran ikinci dövlət yoxdur! Hətta, uğursuzluğu, qurum daxilində hökm sürən intizamsızlığı məşqçi dəyişikliyi ilə ört-bastır etməyə çalışan idarəçi - Sadıq müəlimdən də yoxdur. 

Nəhayət, Sadıqovun eşitmək istəmədiyi, "islahat görüntüsü" altında gizlətdiyi sual...

Olimpiya dövrü ərzində dövlət büdcəsindən cüdoya xərclənən vəsaitin hesabatını kim verəcək?

Uğursuzluğa  cavabdeh şəxs kimi Sadıq Sadıqov istefa verəcəkmi?

Əli Sahib 



  
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 Aprel 2025
22:52

Premyer Liqa klubu van Nistelroyla bağlı atacağı addımı qətiləşdirdi

22:23

Tomas Müller Türkiyə yolunda - SON DURUM

21:56

Ronaldunun növbəti mövsümə harada başlayacağı bilindi

21:00

ÇL-də 1/4 finalın rəmzi komandası bəlli oldu - FOTO

20:30

Avroliqa oyunları canlı yayımlanmayacaq - "CBC Sport" bəyanat yaydı

20:14

Yüksək Liqa: U-19 "Şuşa" ilə bacarmadı

19:49

MY-nin hücumçusunu 2 İtaliya klubu istəyir

19:16

"Ayın qolu" layihəsinin qalibi mükafatlandırılıb

18:50

Birinci Liqa: "Zaqatala"dan darmadağın, "Mingəçevir" autsayderin müqavimətini qıra bilmədi

18:22

AFFA-nın Hesabat Konfransının gündəliyi açıqlandı

17:44

"Mbappe gələndən bəri Vinisius..." - Predraq Miyatoviç səbəbi açıqladı

17:25

"Evdə çox güclüyük və iki-üç qol vurmağa qadirik" - Metti Keş

17:06

Azərbaycan cüdoçularının Çexiyadakı hazırlığı yekunlaşdı

16:49

"Olduqca yumşaq çıxışla yadda qaldıq və sadə səhvlər etdik" - Əmrə Can

16:30

Azərbaycanın yeniyetmə cüdoçuları Avropa Kubokuna bu heyətlə qatılacaqlar

16:12

Arauxo darmadağın barədə paylaşım etdi

15:54

ABL: "Gəncə" "Lənkəran"ı yendi

15:22

Rafinya ÇL-də Messinin nəticəsini təkrarladı

15:04

İngiltərə nəhəngi "Barselona"ya rəsmi təklif göndərdi - MƏBLƏĞ

14:46

AFFA Vahabzadənin yubileyini təbrik etdi

14:28

"Tottenhem"in müdafiəçisi İngiltərədə klubunu dəyişir

14:09

MPL: XXX turun təyinatları açıqlandı

13:51

Qonsales oyun zamanı aldığı xəsarətdən sonra vəfat etdi

13:32

Sabiq komandasına 2 qol vuran Levandovski nə danışdı?

13:14

KL: 1/4 final mərhələsi başlayır - YENİLƏNİR

12:56

AFFA rəsmisi FIFA-nın sammitində

12:29

Messi şou göstərdi, komandası Çempionlar Kubokunun yarımfinalına yüksəldi

12:10

Könül Mehdiyeva ilk dəfə bu mərhələnin oyununa təyinat aldı

11:53

ABL: Pley-in mərhələsi bu gün başlayır

11:38

Hollivud ulduzu "Real"ı yenən "Arsenal"ı belə təbrik etdi - VİDEO

11:20

Cüdo Liqaları yaradıldı - 3 yaş qrupu üzrə keçiriləcək

11:02

"Nəticədən razıyıq, amma..." - Xviça Kvaratsxeliya

10:44

Ruben Amorim AL-i qazanmağa köklənib - "Bizim üçün hər şey bu turnirlə bağlıdır"

10:25

"1:2 və ya 1:3 hesabı ilə uduzacağımızı gözləyirdim" - Unai Emeri

10:06

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:47

AL: "Mançester Yunayted" "Olimpik Lion"a qarşı - YENİLƏNİR

09:25

Xabi Alonso "Real Madrid"i çalışdırmaq üçün yeganə şərtini dedi - SON DURUM

09:00

"Barselona"da rekord üstünə rekord - 3 futbolçusu ÇL-in tarixinə düşdü

00:55

ÇL: "Barselona" son finalçını "ağlatdı", PSJ-dən inamlı qələbə

09 Aprel 2025
23:14

AÇ: Azərbaycan güləşçisi qızıl medal qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X