6-10 oktyabrda İtaliyanın Olbiya şəhərində keçiriləcək cüdo üzrə gənclər arasında dünya çempionatının püşkatması baş tutub.
Fanat.Az xəbər verir ki, püşə əsasən, Azərbaycanın mundialdakı 8 təmsilçisinin də ilk rəqibinin adına aydınlıq gəlib.
Oğlanlar
60 kq
1/16 final: Turan Bayramov - Əlhəsən Suqhayir (Səudiyyə Ərəbistanı) / Çonq-Yo Lin (Çin Taypeyi) cütünün qalibi
66 kq
1/32 final: Kamran Süleymanov - Azizbek Ortikov (Özbəkistan)
1/32 final: Rəşad Quluzadə - Uillis Qarsiya (Venesuela)
73 kq
1/32 final: Nəriman Mirzəyev - Umalt Demirel (Türkiyə)
81 kq
1/16 final: Elcan Hacıyev - Nurbek Murtozoyev (Özbəkistan)
Qızlar
52 kq
1/16 final: Səbinə Əliyeva - Rebeka Keller (Macarıstan)
57 kq
1/16 final: Rita Əliyeva - Marta Favaz (Fransa)
78 kq
1/16 final: Nərmin Əmirli - Korali Qodbu (Kanada)
Qeyd edək ki, 72 ölkədən 495 (285 oğlan, 210 qız) cüdoçunun qatıldığı dünya çempionatının ilk dörd günündə fərdi, son gündə qarışıq komanda yarışı baş tutacaq. Ölkəmiz komanda turnirində təmsil olunmayacaq.
Sahib Əsədbəyli