Budapeştdə keçirilən 23 yaşadək cüdoçuların Avropa çempionatında fərdi mübarizəyə yekun vurulub.
Fanat.Az xəbər verir ki, Macarıstan paytaxtına 8 nəfərlik heyətlə yollanan Azərbaycan komandasının yarışdan qazancı bir medal olub.
Ölkəmizin hesabına yeganə mükafatı qadınların 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Ramilə Əliyeva yazdırıb. O, yalnız finalda uduzaraq gümüş medala sahib çıxıb.
Kişilərin 81 kq çəkisində çıxış edən Zelim Tskayev isə beşinci yerlə kifayətlənib.
Bu nəticə ilə ölkəmiz ümumkomanda hesabında 12-ci yeri tutub.
İlk sırada Rusiya qərarlaşıb. Gürcüstan 2-ci, Almaniya 3-cü olub.
Qeyd edək ki, Avropa çempionatında 38 ölkədən 297 cüdoçu (171 kişi, 126 qadın) mübarizə aparıb.