Dekabrın 11-də Fransanın paytaxtı Parisdə cüdo üzrə Çempionlar Liqası turniri keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan cüdoçusu Rüstəm Orucovun heyətində yer aldığı Serbiyanın "Srvena Zvezda" klubu yarışın gümüş medalına sahib çıxıb.
Komanda finalda Rusiyanın "Yavara Neva" kollektivinə uduzub.
Qadınlar arasında turnirin qalibi isə Türkiyənin "Qalatasaray" klubu olub.
Qeyd edək ki, turnirdə Azərbaycandan heç bir komanda iştirak etməyib.