7-8 mayda Rumıniyanın paytaxtı Buxarestdə yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanı 16-sı oğlan, 4-ü qız olmaqla 20 idmançı təmsil edəcək.
Baş məşqçi Rüstəm Alimli oğlanlardan Məhəmməd Məmişov, Xalid Məmmədov (hər ikisi 50 kq), Məhəmməd Musayev, Şahin Oruczadə, Nicat Süleymanlı (hamısı 55 kq), Fikrət Nəcəfov (60 kq), Əbil Yusubov, Nicat Nağıyev, Mehdi Cəfərov, Nihad Qaracayev (hamısı 66 kq), Süleyman Əliyev, Əli Hacızadə, Nahid Tarquliyev (hamısı 73 kq), Fərid Niyazov, Tamerlan Cabbarov (hər ikisi 90 kq) və Ramazan Əhmədova (+90 kq) şans verəcək.
Qızlardan isə Xumar Qasımzadə (44 kq), Vüsalə Hacıyeva (52 kq), Fidan Əlizadə (57 kq), Nigar Süleymanova (+70 kq) uğur qazanmağa çalışacaq.
Qeyd edək ki, Avropa Kubokunda 25 ölkədən 363 cüdoçu mübarizə aparacaq.