20:37 11.05.2022 374

Nazir: \"Nümunəvi idmançılarımız haqqında filmlərin sayı artmalıdır\"

Azərbaycanın cüdo millisinin sabiq üzvü,qadınlardan ibarət yığma komandanın məşqçisi Kifayət Qasımova haqqında bədii-sənədli filmin təqdimat mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, jurnalist Azər İsmayılın müəllifi olduğu “After&Before” adlanan ekran işi ilə bağlı tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu, vitse-prezident Elnur Məmmədli, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Filmin ana xəttini dünya və Avropa çempionatlarının mükafatçısı olan qəhrəmanın hələ uşaq ikən məcburi köçkün həyatı yaşamasına rəğmən, göstərdiyi əzmkarlıq və Azərbaycan cüdosunun parlaq simasına çevrilməsi təşkil edir.

Müəllifin sözlərinə görə, ekran işi Beynəlxalq Cüdo Federasiyasına və İdman filmləri üzrə beynəlxalq müsabiqəyə göndəriləcək. 

Fərid Qayıbov filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib: "İlk dəfə görürəm ki, jurnalist həyəcanlıdır. Əminəm ki, sizə pozitiv suallar veriləcək. Bir neçə saat əvvəl kişilərdən ibarət cüdo millimizlə görüşdük. Onlar Avropa çempionatında uğurlu çıxış ediblər. İdmançı üçün həyat həmişə uğurlu alınmır. Cəmiyyət bilməlidir ki, onların həyatında hansı çətinliklər olur. Nazirlik olaraq belə filmlərə dəstək verməyə hazırıq. Kifayət Qasımovanı təbrik edirəm. Məşhur idmançımız olub. Ona gələcək karyerasında da uğurlar arzulayıram".

Rəşad Rəsullu təqdimatda iştirakın onlar üçün xoş olduğunu söyləyib. "Bütün federasiya adından salamlarımı çatdırır, Kifayət Qasımovanı və filmin yaradıcı kollektivini təbrik edirəm. O, bizim azsaylı qadın cüdoçularımızdandır ki, elit səviyyədə iştirak edib. Bu gün kişilərdən ibarət komandanı qəbul edən cənab nazirə təşəkkürümü bildirirəm. İnanıram ki, növbəti dəfə qadın cüdoçularımızı qəbul edəcəksiniz. Bir daha səbəbkarı təbrik edirəm".

Daha sonra film nümayiş olunub. Filmin rejissoru İsa İsayev, icraçı prodüsseri Manaf Əzizlidir.

Tədbirin sonunda gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında bildirib ki, cəmiyyət belə filmlərdə idmançının keçdiyi yol barədə məlumat alır:

"Filmin ərsəyə gəlməsində əziyyəti olan hər kəsi təbrik edirəm. Doğrudan da ekran işi çox yaxşı alınıb. Düşünürəm ki, məşhur, nümunəvi idmançılarımız haqqında filmlərin sayı artmalı, biz də Gənclər və İdman Nazirliyi olaraq buna dəstək olmalıyıq. Hər qələbənin arxasında böyük əziyyət var. İdmançılar çoxlu çətinliklə qarşılaşırlar. Kifayət Qasımova nümunəvi idmançılarımızdan biridir. Gələcək nəsil bu filmlər vasitəsilə belə idmançıları tanıyır. Bu cür filmlər idmanla məşğul olanların sayının artmasına səbəb olur. Digər idmançılarla bağlı da yeni filmlər gözləyirik".

Emin

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 İyun 2025
23:43

İngiltərə millisinin üzvü Fransa klubunda - RƏSMİ

23:22

Sloveniyalı bombardir Almaniya nəhənginə keçir

22:46

U-17 AÇ: Azərbaycanın sərbəst güləşçiləri 3 medalla başladılar

22:17

Xorvatiyadakı beynəlxalq təlim-məşq toplanışı yekunlaşdı

21:32

Rumıniya millisi Azərbaycan yığmasına set vermədi

21:05

Vasili Berezutski "Sabah"dan getdi - RƏSMİ

20:55

"Çelsi" onu heyətinə qata bilsə..." - Klod Makelele

20:23

Azərbaycanın daha iki güləşçisi AÇ-nin finalında

19:59

AFFA U-13 Liqasında çempion da bilindi, mükafatçılar da

19:13

MY 71,4 milyon avro ödəməyə hazır olsa da...

18:52

Azərbaycan millisi "Devis Cup"da 3-cü qrupa yüksəldi

18:12

"Napoli"dən yeni transfer - RƏSMİ

17:40

Vüqar Kimuraya qalib gəldi

17:15

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:54

"Şamaxı"da daha bir müqavilə

16:08

"Zirə" Hacıağa Hacılı ilə müqavilə yenilədi

15:44

Çempion Kyezanı apara biləcəkmi? - SON DURUM

15:14

Klublararası dünya çempionatının oyunlarını bu kanallar yayımlayacaq

14:09

"Barselona" gənc istedadı bu qiymətə alır - Tərəflər razılaşdılar

13:48

"Roma" Dovbiklə bağlı qərarını qətiləşdirdi

13:20

Azərbaycan Qış İdmanı Növləri Federasiyası FIS-in tamhüquqlu üzvü oldu

12:42

"Zirə" iki futbolçusu ilə əməkdaşlığa son qoydu

12:10

"Real"ın ulduzu ümidini itirmir

11:51

"Liverpul"un qapıçısı "Ayaks"a keçmək üzrədir

11:23

Azərbaycan yığması Rumıniya ilə üz-üzə

10:45

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:06

"Mənimlə DÇ-ni qazanmış oğlanı milliyə baş məşqçi təyin etsəydilər, sevinərdim"

09:36

DÇ: Bu gün Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə başlayacaq

09:00

"Mançester Siti" rekord məbləğə aldığını yarı qiymətinə sata bilmir

13 İyun 2025
23:46

AÇ: Nəzrin medalını "tuş"la qazandı

23:23

Azərbaycanın 2 güləşcisi AÇ-nin finalında

23:11

Simeone klublararası dünya çempionatında nəyə ümid edir?

22:58

İmanol ərəblərdən cəlbedici təklif aldı - "Sevilya"ya "yox" deyə bilər

22:23

Arda Turan "Şaxtyor"un transfer planlarından danışdı

21:51

Çempion "Udineze"nin bombardirinin razılığını aldı - SON DURUM

21:20

Avropa çempionu olan Azərbaycan millisi mükafatlandırıldı

20:43

Qattuzo Buffonla görüşdü, təklifi qəbul etdi

20:21

"Neftçi"nin yeni bazasına nə vaxt köçəcəyi dəqiqləşdi

19:50

Azərbaycan yığması Lüksemburqa yenildi

19:18

UEFA Pro kursunun II mərhələsi Slovakiyada keçirilir

Facebookdan bizi izləməyi unutmayın.
X