Yunanıstanın Heraklion şəhərində veteran cüdoçular arasında Avropa çempionatına yekun vurulub.
Azərbaycan Cüdo Federasiyasından Fanat.Az-a verilən məlumata görə, yarışın son günündə komanda yarışı baş tutub. Kişilərdən ibarət Azərbaycan millisi qitə çempionatının bürünc medalını qazanıb.
Xatırladaq ki, Azərbaycanın veteran cüdoçuları fərdi yarışı 9 qızıl, 5 gümüş və 5 bürünc medalla başa vurub. Bununla ölkəmiz ümumkomanda hesabında birinci yeri tutub.