Sabah Xorvatiyanın Poreç şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı start götürəcək.
Fanat.Az xəbər verir ki, bu gün yarışın püşkatma mərasimi keçirilib. Beləliklə, Azərbaycanın 14 təmsilçisinin də ilk rəqiblərinin adına aydınlıq gəlib.
Oğlanlar
50 kq
1/8 final. Xalid Məmmədov - Qor Safaryan (Ermənistan) / Aryan Rixter (Almaniya)
1/8 final. Məhəmməd Məmişov - Vasilie Erseqoviç (Monteneqro)
55 kq
1/8 final. Şahin Oruczadə - Veljko Milanoviç (Serbiya)
60 kq
1/16 final. Nizami İmranov - Abdulsamet Çakır (Türkiyə)
66 kq
1/16 final. Nicat Nağıyev - Alexandru Moraru (Moldova) / Saad Dikajev (Finlandiya) cütünün qalibi
1/16 final. Abil Yusubov - İrakli Qoqinaşvili (Böyük Britaniya)
73 kq
1/16 final. Əli Hacızadə - Dimitrie Saviç (Bosniya və Herseqovina)
1/16 final. Süleyman Əliyev - Lenz Naprudnik (Avstriya) / Luka Cavaxişvili (Gürcüstan) cütünün qalibi
81 kq
1/16 final. Camal Bağışov - Vidak Milyenoviç (Monteneqro)
+90 kq
1/16 final. Ramazan Əhmədov - Yanis Strazdins (Latviya)
Qızlar
44 kq
1/16 final. Xumar Qasımzadə - Frida Reisz (Almaniya)
48 kq
1/8 final. Aydan Vəliyeva - Ronya Klein (Almaniya) / Pinar Boğa (Türkiyə) cütünün qalibi
52 kq
1/16 final. Vüsalə Hacıyeva - Denitsa Qriqoryeva (Bolqarıstan)
57 kq
1/16 final. Fidan Hacızadə - Helena Rottenhofer (Avstriya)
Qeyd edək ki, iyunun 26-dək davam edəcək qitə birinciliyində 40 ölkədən ümumilikdə 420 (231 oğlan, 189 qız) cüdoçu qüvvəsinı sınayacaq. İlk üç gündə fərdi, son gündə isə komanda yarışı baş tutacaq.