Avropa Cüdo Birliyi (EJU) Olimpiya Günü ilə bağlı Xorvatiyanın Poreç şəhərində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təlim təşkil edib.
Fanat.Az xəbər verir ki, təlimlər olimpiya çempionları - Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli və sloveniyalı Urşka Jolnir tərəfindən keçirilib.
“Həmkarlarımla birlikdə belə bir toplanışda iştirak etdiyim üçün çox şadam. Təcrübəmi gənc cüdoçularla bölüşməkdən şadam və qürur duyuram. Dəvət üçün təşəkkür edirəm”, - deyə Məmmədli EJU-nun rəsmi saytına açıqlamasında bildirib.