Azərbaycan cüdoçuları iyulun 2-3-də Rumıniyanın Kluj-Napoka şəhərində keçiriləcək Avropa Açıq Kubokunda iştirak edəcək.
Fanat.Az xəbər verir ki, milli yarışa 17 nəfərlik heyətlə qatılacaq.
Kişilərdən Rəşad Yelkiyev, Nazir Talıbov (hər ikisi 60 kq), Ruslan Paşayev, Tofiq Məmmədov, Tofiq Əliyev, Elçin Hüseynov (hamısı 66 kq), Telman Vəliyev, Nəriman Mirzəyev, Nurlan Osmanov, Zaməddin Poladov (hamısı 73 kq), Hasil Cəfərov, Kərim Allahverdiyev (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq) və İmran Yusifov (+100 kq) tatami üzərinə çıxacaq.
Qadınların yarışında isə Ramilə Əliyeva (48 kq), Südabə Ağayeva və Günel Həsənli (hər ikisi 70 kq) qüvvəsini sınayacaq
Avropa Kubokunda 33 ölkədən ümumilikdə 220 cüdoçunun iştirakı gözlənilir.