Beynəlxalq Cüdo Federasiyası növbəti il dünya çempionatının keçiriləcəyi yeri və tarixi təsdiqləyib.
Fanat.Az xəbər verir ki, mundial mayın 7-dən 14-dək Qətərin paytaxtı Dohada baş tutacaq.
Qeyd edək ki, builki dünya çempionatına oktyabrın 6-dan 13-dək Özbəkistanın paytaxtı Daşkənd ev sahibliyi edəcək.