Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında fərdi yarışa yekun vurulub.
Fanat.Az xəbər verir ki, mundiala 13 nəfərlik heyətlə qatılan Azərbaycan millisinin yarışdan qazancı 3 medal olub. Şahin Oruczadə (55 kq) gümüş, Nizami İmranov (66 kq) və Aydan Vəliyeva (48 kq) bürünc medala yiyələnib.
Bu nəticə ilə Azərbaycan ümumkomanda hesabında 60 ölkə arasında 14-cü yeri tutub.
Fransa (3 qızıl, 2 gümüş, 1 bürünc) birinci, Gürcüstan (2 qızıl, 1 gümüş, 3 bürünc) ikinci, Yaponiya (2 qızıl, 2 bürünc) üçüncü olub.
Qeyd edək ki, sabah - avqustun 28-də DÇ-də komanda yarışı baş tutacaq.