Azərbaycanın gənclərdən ibarət cüdo millisinin 15-18 sentyabrda Çexiyanın paytaxtı Praqada keçiriləcək Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb.
Fanat.Az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığmanın məşqçilər heyəti qitə birinciliyinə 12 (8 oğlan, 4 qız) idmançı sifariş edib.
Oğlanlar: Turan Bayramov, Nizami İmranov (hər ikisi 60 kq), Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Vüqar Talıbov, İsmayıı Zamanov (hər ikisi 90 kq), Ruslan Nəsirli (100 kq).
Qızlar: Könül Əliyeva (48 kq), Səbinə Əliyeva (57 kq), Aytac Qardaşxanlı (63 kq), Nərmin Əmirli (78 kq).
Qeyd edək ki, Avropa çempionatının ilk üç günündə fərdi, sentyabrın 18-də isə komanda yarışı təşkil olunacaq.