Beynəlxalq Cüdo Federasiyasının sentyabr ayı üçün reytinq siyahısı məlum olub.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən ən yaxşı göstəriciyə Məmmədəli Mehdiyev sahibdir. 90 kiloqram çəki dərəcəsində yer alan 29 yaşlı üçqat Avropa mükafatçısı (4641 xal) əlvvəlki kimi birinci sıradadır.
73 kq-da çıxış edən cüdoçulardan Hidayət Heydərov (4760) ikinci, Rüstəm Orucov (2463) altıncı pillədəki mövqeyini qoruyub.
Mllinin yeni üzvü Səid Mollayi (81 kq) 3149 xalla 6-cı, Orxan Səfərov (66 kq) 2611 xalla 8-cidir. Bir pillə geriləyən Kəramət Hüseynov 2087 xalla 11-ci yerdə qərarlaşıb.
100 kq çəkidəki təmsilçilərimizdən Zəlim Kotsoyev (2411) 11-ci, Elmar Qasımov (1588) 21-cidir.
2901 xala malik Uşanqi Kokauri isə reytinqin 9-cu pilləsində qərar tutub.
Qadınlardan ən yaxşı göstərici əvvəlki kimi Leyla Əliyevadadır (48 kq). 25 yaşlı cüdoçu 1120 xalla 35-ci sıradadır.