Azərbaycan Cüdo Federasiyası (ACF) 6 yaşından yuxarı uşaq və gənclər üçün açıq havada ustad dərsləri təşkil edəcək.
ACF-in mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, 3 sentyabrda Bakıda Heydər Əliyev Mərkəzinin parkında ustad dərsi keçiriləcək.
Ustad dərsi ACF-nin vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli və federasiya prezidentinin müşaviri, dünya mükafatçısı Natiq Bağırov tərəfindən təşkil olunacaq. Tədbirdə həmçinin Rüstəm Orucov, Səid Mollayi və Orxan Səfərov kimi Azərbaycan millisinin tanınmış üzvləri də iştirak edəcəklər.
Tədbir saat 18:00-da başlayacaq. 6 yaşdan yuxarı hər kəs idman geyimində tədbirdə ödənişsiz iştirak edə biləcək.