10-11 sentyabrda İtaliyanın Riççone şəhərində cüdo üzrə Açıq Avropa turniri keçiriləcək.
Fanat.Az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yarışda 13 kişi cüdoçu ilə təmsil olunacaq.
Bunlar Rövşən Əliyev, Nazir Talıbov (hər ikisi 60 kq), Orxan Səfərov, Kəramət Hüseynov, Yaşar Nəcəfov (hamısı 66 kq), Səid Mollayi, Zelim Tçkayev, Rüstəm Orucov (hamısı 81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev, Məmmədəli Mehdiyev (hər ikisi 100 kq), Uşanqi Kokauri və Camal Qamzatxanovdur (+100 kq).
Qeyd edək ki, Açıq Avropa turnirində 36 ölkədən 408 cüdoçunun iştirakı gözlənilir.