Azərbaycanda ilk dəfə cüdo idman üzrə yeniyetmələr arasında Avropa Kuboku turniri keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasından Fanat.Az-a verilən məlumata görə, Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqviminə daxil olan yarış növbəti ilin 6-7 may tarixlərində Göygöl Olimpiya İdman Kompleksində baş tutacaq.
Yarış bitdikdən sonra beynəlxalq təlim-məşq toplanışı təşkil ediləcək.
ACF növbəti illərdə də Göygöldə Avropa Kubokunun ənənəvi şəkildə təşkil edilməsi, həmçinin gənclər arasında Avropa Kuboku yarışının ölkəmizdə keçirilməsi üçün Avropa Cüdo Birliyi ilə əməkdaşlığı davam etdirəcək.