Noyabrda Bakıda keçiriləcək paralimpiyaçı cüdoçular arasınds dünya çempionatının loqosu, medalları və maskotu təqdim olunub.
Fanat.Az xəbər verir ki, yarışın açılış mərasimi 8 - Noyabr Zəfər gününə təsadüf etdiyindən, loqoda xarıbülbülün rənglərinə yer verilib.
8 guşəli ulduz formasında olan medalların üst tərəfində yarışa ev sahibliyi edəcək ölkənin adı və cüdoçuların fotoları yer alıb.
Dünya çempionatının maskotu isə "Yenilməz" adlanır.