Azərbaycan cüdoçusu Orxan Səfərov İtaliyanın Riççone şəhərində keçirilən Açıq Avropa turnirində final görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində yer alan idmançı qızıl medal uğrunda fransalı Reda Sedduki ilə qarşılaşıb.
Rəqibinə "qızıl xal"da "vaza-ari" ilə uduzan Səfərov 2-ci yerlə kifayətlənib.
Beləliklə, Azərbaycan cüdoçuları ilk yarış gününü iki gümüş medalla başa vurublar. Daha əvvəl Rövşən Əliyev (60 kq) finalda uduzaraq ikinci yeri tutub.
Qeyd edək ki, Açıq Avropa turnirinin ikinci - sonuncu günündə daha 8 cüdoçumuz mübarizə aparacaq.
***
Azərbaycan cüdoçusu Rövşən Əliyev İtaliyanın Riççone şəhərində keçirilən Avropa açıq turnirində final görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı qızıl medal uğrunda türkiyəli Salih Yıldızla qarşılaşıb.
Rəqibinə cərimə xalları ilə uduzan Əliyev 2-ci yerlə kifayətlənib.
***
Azərbaycanın 2 cüdoçusu İtaliyanın Riççone şəhərində keçirilən Açıq Avropa turnirində finala vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində yarışan Rövşən Əliyev yarımfinalda milliyyətcə özbək olan Dilşad Xalmatova (Ukrayna) "qızıl xal"da ipponla qalib gələrək finala çıxıb. Əliyevin həlledici dueldə rəqibi Salih Yıldız (Türkiyə) olacaq.
66 kiloqram çəki dərəcəsində yer alan Avropa çempionu Orxan Səfərov yarımfinalda Qay Qutmanı (İsrail) "ippon"la yenərək finala yüksəlib. 31 yaşlı idmançı baş mükafat uğrunda Reda Sedduki (Fransa) ilə üz-üzə gələcək.
60 kq-da mübarizə aparan digər təmsilçimiz Nazir Talıbov isə bürünc medal uğrunda görüşə çıxacaq. O, üçüncü yer üçün Dilşot Xalmatovla qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan Açıq Avropa turnirinə 13 kişi cüdoçu ilə qatılıb. Turnirdə 35 ölkədən ümumilikdə 376 (228 kişi, 148 qadın) idmançı qüvvəsini sınayacaq. Yarışa sentyabrın 11-də yekun vurulacaq.
***
Bu gün İtaliyanın Riççone şəhərində cüdo üzrə Açıq Avropa turniri start götürəcək.
Fanat.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 5 təmsilçisi tatami üzərinə çıxacaq.
Kişilərin 60 kq çəki dərəcəsində yer alan Nazir Talıbov startda Toylu Muradovla (Türkmənistan), eyni çəkidəki Rövşən Əliyev Xuan Saysla (İspaniya) üz-üzə gələcək.
66 kiloqramdakı cüdoçularımızdan Kəramət Hüseynov Bencamin Qomes (Fransa) / Aleksandr Şort (Böyük Britaniya) cütünün qalibi ilə, Orxan Səfərov Yolan Florimont (Fransa) ilə, Yaşar Nəcəfov Sərdar Rəhimovla (Türkmənistan) münasibətləri aydınlaşdıracaq.
Təmsilçilərimizin hamısının ilk görüşü 1/16 final mərhələsinə təsadüf edəcək.
Qeyd edək ki, Azərbaycan Açıq Avropa turnirinə 13 kişi cüdoçu ilə qatılıb. Turnirdə 35 ölkədən ümumilikdə 376 (228 kişi, 148 qadın) idmançı qüvvəsini sınayacaq. Yarışa sentyabrın 11-də yekun vurulacaq.