Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyevin İtaliyanın Riççone şəhərində keçirilən Açıq Avropa turnirində final görüşünə çıxmamasının səbəbinə aydınlıq gəlib.
Azərbaycan Cüdo Federasiyasından Fanat.Az-a verilən məlumata görə, 29 yaşlı Mehdiyev əvvəlki mərhələdə aldığı zədə səbəbindən yığmanın digər üzvü Zelim Kotsoyevlə qarşılaşmaya çıxa bilməyib.
Avropa çempionatlarının üçqat bürünc mükafatçısının zədəsinin ciddi olmadığı vurğulanıb.
Qeyd edək ki, Açıq Avropa turnirinə 13 nəfərlik heyətlə qatılan Azərbaycan millisi yarışı 6 medalla başa vurub. Mükafatlardan biri qızıl, üçü gümüş, ikisi bürünc əyyarlı olub. Turnirdə 35 ölkədən 376 (228 kişi, 148 qadın) cüdoçu mübarizə aparıb.