Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb.
Federasiyadan Fanat.Az-a verilən məlumata görə, İtaliyanın Riççone şəhərində təşkil olunan beynəlxalq təlim-məşq toplanışında milli komandanın 14 kişi və 2 qadın üzvü iştirak edir.
Sentyabrın 16-dək davam edəcək hazırlıq prosesinə 34 ölkədən 281 idmançı qatılıb. Təlimlərdə idmançıların fiziki və taktiki-texniki hazırlığına diqqət yetirilir.
Qeyd edək ki, dünya çempionatı 6 - 13 oktyabrda keçiriləcək.