Sabah Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında Avropa çempionatı start götürəcək.
Fanat.Az xəbər verir ki, bu gün yarışın püşkatma mərasimi keçirilib. Nəticədə Azərbaycanın 13 təmsilçisinin də ilk rəqiblərinin adına aydınlıq gəlib.
Qeyd edək ki, cüdoçularımız 15-17 sentyabrda fərdi yarışda, sonuncu gündə isə komanda turnirində mübarizə aparacaq. Milliyə performans direktoru Mark van der Ham, baş məşqçi Elxan Məmmədov, məşqçilər Elxan Rəcəbli ilə Vüqar Hüseynov rəhbərlik edəcək.
Oğlanlar
60 kq
1/8 final. Turan Bayramov - Berat Bahadır (Türkiyə) / Kristian Qustiuk (Moldova) cütünün qalibi
1/16 final. Nizami İmranov - Rikardo Pires (Portuqaliya)
73 kq
1/16 final. Vüsal Qələndərzadə - Kraytan Hreydarsson (İslandiya)
81 kq
1/16 final. Ömər Rəcəbli - Randel Paastel (Finlandiya)
1/16 final. Elcan Hacıyev - Marko Yanser (Monteneqro)
90 kq
1/16 final. İsmayıl Zamanov - Aleks Maruska (Slovakiya)
1/16 final. Vüqar Talıbov - Maksims Duinovs (Latviya)
100 kq
1/8 final. Ruslan Nəsirli - Hubert İllmer (Avstriya)
+100 kq
1/8 final. Kənan Nəsibov - Alin Baqrin (Moldova)
Qızlar
48 kq
1/8 final. Könül Əliyeva - Sıla Ersin (Türkiyə)
57 kq
1/16 final. Səbinə Əliyeva - Nino Tsiklauri (Gürcüstan)
63 kq
1/16 final. Aytac Qardaşxanlı - Nele Noak (Almaniya)
78 kq
1/8 final. Nərmin Əmirli - Yuli Alma Mişiner (İsrail)