Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında Azərbaycan millisinin üzvü Səid Mollayini məğlub edərək bürünc medal qazanan Avstriya cüdoçusu Şamil Borçaşvili (81 kq) bu qarşılaşmadan danışıb.
Fanat.Az xəbər verir ki, o, Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytına müsahibəsində bundan əvvəl Mollayiyə iki dəfə uduzduğunu qeyd edib:
“Budapeştdəki dünya çempionatında və Tokio Olimpiadasının yarımfinalında ona uduzdmuşdum. Dohada və Avstriya Bundesliqasında isə qalib gəlmişdim. Beləliklə, görüşlərimizin ümumi hesabı 3:2 mənim xeyrimədir. Bu gün mən çox hazırlıqlı və diqqətli idim. Bu mənim dünya çempionatında ilk medalımdır, artıq titul qazanmaq istəyirəm".