10:07 23.11.2022 187

Federasiya prezidenti Gəncədə təlim mərkəzinə baxış keçirdi

Noyabrın 22-də Gəncədə Azərbaycan Cüdo Federasiyasının (ACF) cüdo təlim mərkəzinə ACF prezidenti Rəşad Nəbiyev və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən baxış keçirilib.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, yüksək səviyyədə təmir edilən təlim mərkəzinin ümumi sahəsi 814 m2 təşkil edir. Mərkəzdə iki dojo (cüdo məşq zalı) var və onların sahəsi müvafiq olaraq 230 m2 və 100 m2 təşkil edir. Cüdo məşq zalları Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub.

Ümumi sahəsi 270 m2 təşkil edən fiziki hazırlıq zalı cüdo idman növü üzrə fiziki hazırlıq məşğələləri üçün vacib olan zəruri avadanlıqlarla təchiz edilib. Təlim mərkəzində valideynlər üçün gözləmə zalı və idmançıları üçün digər zəruri şərait təmin edilib.

Təlim mərkəzində gün ərzində 100, həftə ərzində isə 450 nəfərə qədər yeniyetmə və gənc cüdo idman növü ilə məşğul ola biləcəklər. Eyni zamanda, mərkəzdə hakimlər və məşqçilər üçün seminarların və təlimlərin keçirilməsi, həmçinin Gəncə və ətraf rayonlarda cüdo idman növü ilə məşğul olanların həftəlik birgə məşqlərinin (randorilərin), tanınmış idmançıların ustad dərslərinin təşkili də planlaşdırılır. 

Baxış günü Gəncədən olan cüdoçular üçün olimpiya çempionu Elnur Məmmədli, dünya çempionu Elxan Məmmədov, Olimpiya Oyunlarının bürünc mükafatçısı Mövlud Mirəliyev, dünya mükafatçısı Natiq Bağırov tərəfindən ustad dərsi keçirilib.

ACF prezidenti Rəşad Nəbiyev bildirib ki, Gəncədəki təlim mərkəzinin istifadəyə verilməsi bu şəhərdə cüdo idman növünün daha da kütləviləşdirilməsinə zəmin yaradır: “Gəncə Azərbaycan cüdosunun əsas mərkəzlərindən biri sayılır və təsadüfi deyil ki, Federasiyanın ilk təlim mərkəzi burada idmançıların istifadəsinə verildi. Bizim əsas məqsədimiz uşaqların, yeniyetmələrin və gənclərin sağlam həyat tərzinin formalaşdırılmasına töhfə verməkdir. Eyni zamanda əminik ki, bu təlim mərkəzində kəşf edilən istedadlar gələcəkdə ölkəmizə Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının medallarını gətirəcəklər”.

Hazırda Gəncədə 810 nəfər cüdo ilə məşğul olur. 2023-cü ilin sonuna qədər bu rəqəmin 1,500 nəfərə çatdırılması hədəflənir.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X