14:17 28.11.2022 246

Laskau Bakıda seminar keçirir

Noyabrın 28-də Bakıda Beynəlxalq Cüdo Federasiyasının (IJF) hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə hakimlər və məşqçilər üçün beynəlxalq seminar işə başlayıb. 

Fanat.Az xəbər verir ki, 30 noyabra qədər davam edəcək seminarda Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimləri, bütün yaş qrupları üzrə milli yığmalarının məşqçiləri, ölkənin müxtəlif rayon və şəhərlərini təmsil edən klublar, cəmiyyətlər və idman təşkilatlarının məşqçiləri olmaqla ümumilikdə 150 nəfər iştirak edir. 

Seminar zamanı ümumilikdə cüdo idman növünün qaydaları, Olimpiya dövrü üçün tətbiq olunan yeni qaydalar, müxtəlif cüdo texnikaları, onların təhlükəsiz tətbiqi və mübahisələrə səbəb olan epizodlar iştirakçılara izah ediləcək. Təlimdə yeni qaydalar və müxtəlif vəziyyətlər əyani formada tatami üzərində də nümayiş olunacaq.

“Biz artıq yeni Olimpiya dövrünə daxil olmuşuq. Bu dövr həmişəkindən daha qısadır və biz qaydaları düzgün şəkildə tətbiq edərək idmançılara, həmçinin cəmiyyətə maraqlı və ədalətli idman nümayiş etdirmək niyyətindəyik. Həmçinin, 2022-ci ilin iyun ayından etibarən başlayan təsnifat dövrü və 2024 Olimpiya Oyunlarının yüksək səviyyədə keçməsi üçün yeni qaydaların düzgün formada tətbiq olunması vacibdir", - deyə Daniel Laskau çıxışında bildirib.

ACF baş katibi Rəşad Rəsullunun sözlərinə görə Federasiya rəhbərliyinin ən önəm verdiyi məsələlərdən biri hakimlərin və məşqçilərin peşəkarlıq səviyyələrinin artırılması üçün müxtəlif təhsil layihələrinin həyata keçirilməsidir: 

“Beynəlxalq Cüdo Federasiyasının Akademiyası ilə birlikdə başladığımız proqram və BCF-nin hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə keçirilən bu seminarda təkcə hakimlərimiz və yığma komandaların məşqçiləri deyil, həm də klubları, o cümlədən regionlarımızı təmsil edən məşqçilərimiz və hakimlərimiz də iştirak edirlər. Seminarın keçirilməsində əsas məqsəd hakimlərin və məşqçilərin peşəkar səviyyəsinin, bilik və bacarıqlarının artırılması və bununla da uğurlu idmançı nəslinin yetişməsinə dəstək verməkdir. Həmçinin, əsas hədəflərimizdən biri “A” və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimlərin sayının çoxaldılmasıdır. İnanırıq ki, həyata keçirdiyimiz sistemli və ardıcıl fəaliyyətlər ölkəmizdə cüdo idman növünün inkişafına həm yaxın müddətli, həm də uzunmüddətli gələcəkdə ciddi töhfə verəcək." 

Qeyd edək ki, seminar Beynəlxalq Cüdo Federasiyası və Azərbaycan Cüdo Federasiyası arasında qurulan sıx və qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilir.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X