Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Qətərdə keçirilən dünya çempionatını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, “tuttomercatoweb”ə danışan italiyalı mütəxəssis mundialda sürpriz nəticələrin qeydə alınmasından məmnun olduğunu bildirib:
“Sensasiyalı nəticələri və gözlənilməz heç-heçələri bir kənara qoysaq, dünya çempionatında ən çox güvəndiyim komanda İspaniya yığmasıdır. Luis Enrike həyatın ondan aldıqlarından sonra bu turniri qazana bilsə, çox sevinərəm”.
O, İtaliya milli komandasının turnirdən kənarda qalmasına münasibət bildirib: “İtaliya uğursuzdur. Avropa çempionluğunu qazanmış komandanın ardınca iki dünya çempionatından kənarda qalmasını düşünmək anormallıqdır”.