İngiltərə millisinin müdafiəçisi Ben Uaytın Qətərdə keçirilən dünya çempionatında yığmanın düşərgəsini tərk etməsinin səbəbi açıqlanıb.
Fanat.Az xəbər verir ki, rəsmi məlumatda arxa xətt oyunçusunun şəxsi problemləri olduğu üçün millidən ayrıldığı bilidirlsə də, "Daily Star" Benin ciddi insident üzündən getdiyini vurğulayıb.
Xəbərə görə, futbolçu baş məşqçi Qaret Sautgeytin köməkçisi Stiv Hollandla münaqişə yaşayıb. Mənbə Uaytın ABŞ yığması ilə qrup oyunundan (1:1) əvvəl baş tutan toplantıda hamının gözü qarşısında mütəxəssislə mübahisə etdiyini və bundan sonra düşərgədən uzaqlaşdırıldığını qabardıb. Sözügedən oyunçunun mundial başa çatana qədər Qətərə dönməyəcəyi diqqətə çatdırılıb.
Nihat