Fransa millisinin hücumçusu Randal Kolo Muani DÇ-2022-nin finalında boşa verdiyi tarixi qol epizodunu şərh edib.
Fanat.Az xəbər verir ki, onun dediklərini "beIN Sports" belə çatdırıb:
"İndiyədək o epizodu izləməyə davam edirəm. Artıq nəyin necə olduğunu əzbər bilirəm. Yaxın küncü nişan alsam da, qapıçı əla qurtarış etdi. Qismət beləymiş. Mən bu dueli uduzdum. Hə, sonradan baxanda digər variantların da olduğunu gördüm. Məsələn, əlverişli mövqedə olan Kilian Mbappeyə də ötürmə verə bilərdim. Ancaq həmin anda onu görmədim. Sonradan nəyisə dəyişmək mümkün deyil. Hələ də o anın acısını yaşayıram. Bu, ömürlük belə olacaq".
Qeyd edək ki, DÇ-2022-nin finalında Argentina millisi Fransa ilə qarşılaşıb. Görüşün əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda tərəflər hərəyə 1 dəfə fərqləndiyi üçün oyunsonrası penaltilərə ehtiyac duyulub. Daha dəqiq olan cənubi amerikalılar (4:2) tarixinin 3-cü dünya çempionluğunu bayram edib.
Nihat