"Real Madrid"in braziliyalı vingeri Vinisius Juniorun İspaniya Kubokunun yarımfinal mərhələsinin cavab oyununda - "Barselona" ilə səfər matçında meydan sahiblərinin forvardı Ferran Torreslə mübahisə zamanı ona nə dediyi açıqlanıb.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, insident matçın 85-ci dəqiqəsində yaşanıb.
Xəbərə görə, Junior rəqibinə "yum ağzını, sən qorxuncsan" deyib. Komanda yoldaşları ikinci sarı vərəqəni almaması üçün braziliyalını sakitləşdirməyə çalışıblar. Mənbə Vinisiusun matçın gedişində Qavi ilə də mübahisə etdiyini vurğulayıb.
Xatırladaq ki, "Real" evdə 0:1 hesabı ilə uduzduğu "Barselona"nı qonaq qismində 4 cavabsız qolla darmadağın edərək finala yüksəlib. Madrid təmsilçisi həlledici matçda "Sevilya" ilə üz-üzə gələcək. Final görüşü mayın 6-da, Sevilyadakı "La Kartuxa" stadionunda keçiriləcək.
Nihat