Azərbaycan və Portuqaliya milli komandaları arasında keçiriləcək 2022-ci il dünya çempionatının seçmə oyunu üçün hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, A qrupunun qarşılaşması İtaliyadan olan hakimlər briqadasına tapşırılıb.
DÇ-2022
Seçmə mərhələ
A qrupu
7 sentyabr
20:00. Azərbaycan - Portuqaliya
Baş hakim: Marko Quida (İtaliya)
Baş hakimin köməkçiləri: Filippo Meli (İtaliya), Alessandro Kostanzo (İtaliya).
Dördüncü hakim: Fabio Mareska (İtaliya)
VAR hakimləri: Marko Di Bello, Çiro Karbone (İtaliya)
Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan)
FIFA nümayəndəsi: Milovan Cukanoviç (Monteneqro)
Qeyd edək ki, görüş Bakı Olimpiya Stadionunda keçiriləcək.