DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində, sentyabrın 6-da keçirilməli olan Qvineya - Mərakeş oyunu təxirə salınıb.
Fanat.Az Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Qvineyadakı silahlı dövlət çevrilişidir.
Qeyd edək ki, bir qrup hakimiyyətə müxalif qüvvə silahlı basqın edərək ölkə prezidentini girov götürüb. Mövcud konstitusiya qüvvədən düşmüş elan edilib və Qvineyaya giriş-çıxışa ən azı birhəftəlik qadağa qoyulub.
Nihat