DÇ-2022 seçmə mərhələsinin VI turunun oyunlarından sonra ən çox seyv edən qapıçıların adları açıqlanıb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda millimizin qolkiperi Şahruddin Məhəmmədəliyev də yer alıb.
27 yaşlı futbolçu 5 oyunda 29 seyvlə üçüncü pillədə qərarlaşıb.
Siyahıya 31 dəfə qapısını qoldan xilas edən San Marino yığmasının qapıçısı Elia Benedettini başçılıq edir. Lixtenşteyndən Benyamin Byuhel isə 30 qurtarışla ikinci sıradadır.
Qeyd edək ki, Azərbaycan millisi ardıcıl üç oyunda Lüksemburq (1:2), İrlandiya (1:1) və Portuqaliya (0:3) seçmələri ilə qarşılaşıb.