İrlandiya millisinin baş məşqçisi Stiven Kenni Bakıda Azərbaycana qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında çıxış edib.
Fanat.Az xəbər verir ki, 50 yaşlı mütəxəssis bütün diqqətlərinin qarşıdakı görüşlərdə olduğunu bildirib:
"Qarşıda bizi Azərbaycanla səfər oyunu gözləyir. Bu matçda qalib gəlmək istəyirik. Qətərlə yoldaşlıq matçımız da var. Hazırda tamamilə bu iki qarşılaşmaya fokuslanmışıq".
Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq. Oktyabrın 12-də isə rəqib komanda Dublində Qətəri yoldaşlıq görüşündə qəbul edəcək.